• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə İstanbul Konvensiyasından çıxdı - SƏBƏB

Türkiyə İstanbul Konvensiyasından çıxdı - SƏBƏB
20.03.2021 20:30
Türkiyə "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Avropa Şurasının Konvensiyasından (İstanbul Konvensiyası olaraq tanınır) çıxıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar imzalayıb.

Dövlət başçısının bu qərarını ölkənin vitse-prezidenti Fuat Oktay belə şərh edib:

"Türk qadınının cəmiyyətdəki etibar və hörmətini layiq olduğu səviyyələrə çatdırmaq uğrunda apardığımız səmimi mücadiləni ənənəvi ictimai bağlarımızı da mühafizə edərək daha da irəliyə aparmaq əzmindəyik. Bu ali qayə üçün də çarəni dışarıda axtarmağa, başqalarını təqlid etməyə ehtiyac yoxdur. Çözüm məhz adət və ənənələrimizdə, özümüzdə mövcuddur”.

Xatırladaq ki, birmənalı qarşılanmayan İstanbul Konvensiyasının həm iqtidar, həm də müxalifətdə tərəfdar və əleyhdarları olub. Əsasən liberallardan ibarət qrup bu konvensiyanın zorakılığa qarı mübarizədə böyük töhfə verəcəyinə ümid edirdisə, əleyhdarları olan mühafizəkarlar bunun Türkiyənin adət-ənənəsinə uyğun olmadığına işarə edirlər. Belə ki, Türkiyə cəmiyyətindəki mühafizəkarları ən çox narahat edən məsələlərdən biri konvensiyanın 4-cü maddəsindəki 3 bənddir. Həmin bənd faktiki olaraq cəmiyyətdəki bütün sosial qrupları, həmçinin LGBT fərdlərinin haqlarının müdafiəsini ehtiva edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol