• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada məscid binası təhqir olunub

Fransada məscid binası təhqir olunub
12.04.2021 22:30
Fransanın Renn şəhərində İbn Sina Məscidinin divarlarında İslam dini əleyhinə sözlər yazılıb.
 
Bu barədə Anews.az "Anadolu”ya istinadən xəbər verir.
 
Bildirilir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
Fransanın Daxili işlər naziri Cerald Darmanin İbn Sina məscidində İslam əleyhinə təxribatı pisləyib və ölkənin bütün müsəlmanları ilə həmrəyliyini ifadə edib.
"Renndə məscidin divarlarına İslam əleyhinə yazıların yazılması yolverilməz faktdır. Ölkənin bütün müsəlmanları ilə həmrəyəm", - Daxili işlər naziri özünün tvitterdəki səhifəsində yazıb.
 
Darmanin həmçinin bildirib ki, məscidə baş çəkməyi planlaşdırır.
 
Renn şəhərinin meri Natali Apper də həmçinin müsəlman ictimaiyyətinə dəstək verdiyini söyləyib. Onun sözlərinə görə, Fransada belə hadisələr yolverilməzdir.
Fransanın İslam Şurası (CFCM) və Fransanın Türk-Müsəlman Cəmiyyətlərinin Koordinasiya Komitəsi (CCMTF) də təxribatı qətiyyətlə pisləyib.
Qeyd edək ki, bu, son günlər Fransada məscidlərə qarşı növbəti təxribatdır. Aprelin 9-da Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar. Hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan kanistrlər tapılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol