• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələr hələ də vaksin ala bilmir

Bu ölkələr hələ də vaksin ala bilmir
14.05.2021 18:30
Zəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ölkələrin bir çoxu hələ də öz vətəndaşlarını immunlaşdırma kampaniyasına başlaya bilmirlər.

Ümumdünya Səhiyyə Təşkilatı əksəriyyəti Afrika qitəsində yerləşən ondan çox ölkənin hələ də COVID-19 virusuna qarşı vaksinləri gözlədiyini bəyan edib. Çad, Burkina Faso, Burundi, Eritreya və Tanzaniya vaksin almaq üçün növbə gözləyir. ÜST qeyd edir ki, vaksin çatışmazlığı və onların çatdırılmasında gecikmələr Afrika ölkələrinin koronavirusa qarşı vaksinləmə prosesində dünyanın qalan hissəsindən daha çox geri qalmasına gətirib çıxarır. Hazırda dünyada tətbiq olunan vaksinlərin yalnız 1 faizi Afrika qitəsinin payına düşür.

ÜST-nin məlumatlarına görə, Qərb yarımkürəsinin 11 milyondan çox əhalisi olan ən yoxsul ölkəsi Haitidə bir nəfər də olsun peyvənd olunmayıb. Halbuki, Haiti COVAX platforması vasitəsilə 756 min doza "AstraZeneca” vaksini almalı idi. Lakin hökumət rəsmiləri ölkədə vaksinlərin saxlanması üçün heç bir infrastrukturun olmamasını əsas götürərək həmin immunizatorlardan imtina etmək məcburiyyətində qalıb.

300 min əhalisi olan Vanuatuda koronavirusa yoluxma halı yalnız üç nəfərdə qeydə alınıb. Bu ölkəyə "AstraZeneca” vaksinin ilk dozalarının bu ayın sonunda çatdırılacağı gözlənilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol