• $
  • €
  • ₽
  • ₺
  • £

Hakan Şükürdən Ərdoğana zərbə

Hakan Şükürdən Ərdoğana zərbə
30.05.2014 13:39
Türkiyə müstəqil millət vəkili Hakan Şükür baş nazir Rəcəb Tayyib Ərdoğan barəsində Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputat sorğusu göndərib. ANS PRESS-in xəbərinə görə, Şükür TBMM-yə göndərdiyi sorğuda baş nazirdən bəzi suallara cavab verməsini tələb edib. Baş nazir Ərdoğanın Yalova şəhərində keçirdiyi mitinqdə, 17 dekabr əməliyyatlarından əvvəl polisin onun haqqında iddianamə hazırlaması barədə sözlər dediyini xatırladan Hakan Şükür sualları da baş nazirin Yalova mitinqindəki çıxışı ətrafında hazırlayıb. Şükür həmçinin baş nazirin mitinqdə təzadlı fikirlər səsləndirdiyini iddia edib. “Baş nazirin əlində belə bir iddianamə varsa ictimaiyyətlə niyə paylaşmır?Belə bir iddia varsa sənəd və sübut lazımdır. Belə bir sənəd varmı?Əgər baş nazirin əlində belə bir sənəd varsa həmin səmnədin altında müvafiq prokurorun və polis rəisinin imzası lmalıdır. Bu şəxslər barədə prokurorluq və polis idarəsinə məlumat verildimi?Məlumat verilibsə həmin prokuror və polis rəisi barəsində hansı ölçü götürülüb?Baş nazir barəsində prokurorluq və polis idarələrinin istintaq səlahiyyətləri yoxdur. Konstitusiyanın 100-cü və TBMM-nin daxili nimaznaməsinin 107-ci maddəsinə görə, baş nazir barəsində istintaq səlahiyyəti TBMM-yə aiddir. Respublika prokurorunun bunu bilməmə ehtimalı varmı?”. Daha əvvəl “Qalatasaray” komandasının və Türkiyə yığmasının oyunçusu olan Hakan Şükür 12 iyun 2011-ci ildə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilərək TBMM-yə daxil olmuş, 2013-cü il dekabrın 16-da AKP-dən istefa verərək müstəqil millət vəkili kimi fəaliyyətini davam etdirir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol