• $
  • €
  • ₽
  • ₺
  • £

Helikopter vuruldu: 1 general və 13 əsgər həlak oldu

Helikopter vuruldu: 1 general və 13 əsgər həlak oldu
29.05.2014 16:24
 Bu gün Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında separatçılar tərəfindən Ukraynaya məxsus helikopterin vurulması nəticəsində aralarında 1 generalın da olduğu 14 hərbçi həlak olub. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bu informasiyanı Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib. “Slavyanskda rusiyalı terrorçular tərəfindən bizim helikopterimiz vurulub. General Kulçitski ilə birlikdə 14 hərbçimiz həlak olub”, - deyə o, bildirib.  Ukraynalı hərbçilər rotasiya qaydasında Slvyanskdan qayıdırmış. Ukrayna Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi və xüsusi hazırlıq idarəsinin rəisi, general-mayor Sergey Kulçitski də əsgərlərlə birlikdə helikopterdə olub. Ölkənin şərqində antiterror əməliyyatının başlamasından bu yana ilk dəfədir ki, Ukrayna öz generalını itirir. Xatırladaq ki, bu gün Ukraynaya məxsus bir helikopterin vurilduğu və helikopterin Slavyansk şəhərinin cənub-şərqində, Çervonıy Moloçar adlanan yerə düşərək yandığı barədə məlumat yayılıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol