• $
  • €
  • ₽
  • ₺
  • £

Təyyarədə toy edirlər

Təyyarədə toy edirlər
30.05.2021 14:00
Yaponiyada təyyarədə toy edilməsi təklif olunub.
"Qafqazinfo” xəbər verir ki, bu təşəbbüslə ölkənin aviadaşımalar sahəsində nəhəng şirkəti olan "All Nippon Airways Co.” (ANA) çıxış edib.

Şirkət koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar azaldığına görə yeni ailə qurmaq istəyənlərə təyyarənin göyərtəsində toy mərasiminin təşkilini təklif edir.

Şirkət bu xidmət üçün Tokionun "Haneda” beynəlxalq hava limanında mayın sonlarından iyunun 13-dək böyük "Boeing-777” təyyarələrini ayırıb. Bildirilir ki, həmin müddətdə cəmi yeddi cütlüyün belə mərasim keçirməsi üçün sifariş qəbul edilib.

Toy mərasimi zamanı iştirakçılara canlı musiqi, göyərtə bələdçiləri tərəfindən yeni ailə quranlara təbrikin səslənməsi və təyyarənin tavanında qalaktikanın görüntüləri təklif edilir.
Toyun qiymətinə gəlincə, təyyarədə mərasimin təşkili 1,56 milyon yenə (təqribən 14 min 200 dollar) və aerovağzalın binasında şənlik 3 milyon yenə (təqribən 28 min dollar) başa gəlir.
Şirkətdən bildirilir ki, bu ideya mərkəzi hökumətin pandemiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri nəzərə almaqla toy mərasimlərinin təşkilinə şərait yaradır. Bu, həm də axşam saatlarında spirtli içkilərin satışına qoyulan qadağanı da aradan qaldırmağa imkan verir.

Qeyd edilir ki, ilk belə mərasim mayın 23-də şirkətə məxsus təyyarənin biznes salonunda təşkil edilib. Toyda ümumilikdə 30 nəfər iştirak edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol