• $
  • €
  • ₽
  • ₺
  • £

“Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma” - Qasparyan

“Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma” - Qasparyan
05.06.2021 20:00
Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın onu və bəzi keçmiş generalları "Koçaryanla Sarkisyanın bukletpaylayanları” adlandırmasına cavab verib.
 
 Qasparyan Paşinyanı "tərbiyə hüdudlarını aşmamağa çağırıb:

"Mən  heç vaxt məsuliyyətdən yayınmamışam, öz yoldaşlarımın və tabeçiliyimdə olanların çiyinləri arxasında gizlənməmişəm, öz fəaliyyətimə görə cavab verməyə hazıram. Əminəm ki, hakimiyyət dəyişikliyindən sonra obyektiv təhqiqat aparılacaq, hər bir məmur layiq olduğu cəzanı alacaq.

"Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma. Ucuz şouların ən böyük ustası olduğunu bilirəm və dövləti idarə etmək sahəsindəki bacarıqsızlığını belə əsassız ifadələrlə ört-basdır edirsən. Yeri gəlmişkən, bukleti verməkdə çox bacarıqlısan (baxmayaraq ki, metroda vaxtaşırı bu kitabçaları üzünə çırpırdılar)".

Qasparyan Qazaxın işğal edilmiş 7 kəndinin qaytarılması barədə bəndin 10 noyabr üçtərəfli bəyanatının mətnində yer alması, daha sonra çıxarılması haqda da danışıb.

"Kəndlərlə əlaqədar olaraq yaddaşını təzələmək istəyirəm - müzakirə zamanı dedim ki, bu məsələnin Qarabağla heç bir əlaqəsi yoxdur və yəqin ki, bu maddə diplomatik fənddir, məqsədli şəkildə bəyanat layihəsinə daxil edilib.

Bu məsələni Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla da müzakirə etdim və onun səyləri sayəsində bu bənd çıxarıldı.

Hər halda, Nikol, ən azından Kennedinin qətlində məni günahlandırmadığın üçün minnətdaram”.

Xatırladaq ki, Nikol Paşinyan Artaşat şəhərində tərəfdarları ilə görüşündə bildirmişdi ki, Baş qərargah rəisi Qazaxın 7 kəndinin qaytarılmasını da nəzərdə tutan mətnin imzalanmasını istəyib. 

"Mən isə dedim ki, əllərimi kəsərəm, amma imzalamaram. Buna bir neçə nəfər şahiddir”, - deyə Paşinyan söyləyib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol