• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Departamenti Ermənistanda keçirilmiş seçkiləri şərh edib

Dövlət Departamenti Ermənistanda keçirilmiş seçkiləri şərh edib
22.06.2021 19:30
ABŞ hakimiyyəti iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ermənistanın yeni hökuməti ilə qarşılıqlı əlaqələrə ümid edir.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Ned Prays Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini şərh edərkən bildirib.

"Biz bütün tərəfləri qanunun aliliyi və demokratiya prinsiplərinə hörmətlə yanaşmağa çağırır, həmçinin ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ermənistanın yeni hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik”, - Praysın Dövlət Departamenti tərəfindən dərc edilmiş bəyanatında deyilir. "ABŞ ümumi demokratik dəyərlər əsasında Ermənistanla tərəfdaşlığın möhkəmlənməsinə tərəfdardır. Biz həyata keçirilən islahatlara və korrupsiya ilə mübarizədə göstərilən səylərə görə Ermənistanı yüksək qiymətləndiririk və ölkəni bu yolla getməyə çağırırıq”, - ABŞ-ın xarici siyasət idarəsinin əməkdaşı əlavə edib.

Prays həmçinin keçirilmiş seçkilər münasibətilə Ermənistan əhalisini təbrik edib və "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ümumilikdə müsbət qiymətləndirməsini” alqışladıqlarını bildirib. Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ DTİHB-nin "çox yüksək polyarizasiya və seçkilərin əsas iştirakçıları tərəfindən təxribatçı çıxışlarla bağlı narahatlığını bölüşür”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol