• $
  • €
  • ₽
  • ₺
  • £

Floridada fövqəladə vəziyyət elan edildi

Floridada fövqəladə vəziyyət elan edildi
25.06.2021 19:30
BŞ Prezidenti Co Bayden çoxmərtəbəli bir binanın çökməsi ilə əlaqədar xilasetmə əməliyyatının aparıldığı Florida şəhərində fövqəladə vəziyyət elan edib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.

"Prezidentin fərmanı Milli Təhlükəsizlik Departamentinə və Federal Fövqəladə İdarəetmə Agentliyinə (FEMA) bu şəraitdə yerli əhalinin iztirablarını azaltmaq üçün bütün fəlakətlərin aradan qaldırılması istiqamətində səylərini koordinasiya etmək səlahiyyətini verir”, - deyə Ağ Evin açıqlamasında bildirilib.

Xatırladaq ki, ABŞ-ın Mayami ərazisinin bir hissəsi olan Surfside şəhərciyində 12 mərtəbəli bina çöküb. Səlahiyyətli orqanlar binada yerləşən 130 mənzildən təxminən yarısının dağıldığını və hadisə yerinə 80-dən çox xilasetmə qrupunun göndərildiyini bildirib.

Binanın çökməsi nəticəsində ən az 3 nəfər həlak olub, azı 9 nəfər yaralanıb. 40-a yaxın şəxs dağıntılar altından çıxarılıb, 99 nəfərdən isə xəbər almaq mümkün deyil. Ölü sayının artacağı istisna olunmur.

1981-ci ildə inşa olunan binanın çökmə səbəbi hələlik bilinmir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol