• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin Dənizli bölgəsindəki yanğın söndürülüb

Türkiyənin Dənizli bölgəsindəki yanğın söndürülüb
04.08.2021 15:35
"Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli - insan və texnika yardımı göstərilib".

Bu fikri Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən gün Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb:

"Birinci yardım 100 nəfərdən ibarət olan insan təyyarə vasitəsi ilə, ikinci yardım isə quru yolla 54 texnika, 247 nəfər şəxsi heyət dünən axşam hadisə yerindən 157-170 km kənarda , Dənizli şəhərində Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən hadisə yerinə cəlb edilib. Bu yanğınlar Buldan və Tavas istiqamətlərində baş verib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğın avtomobili cəlb olunub. Mənim özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, 2 saatdan sonra hadisə yerinə çatdıq və yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı. Demək olar ki, yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Digəri isə bu gün səhər saatlarında məlumat verildi ki, söndürülüb. Göstərişim əsasında, orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir". (report)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol