• $
  • €
  • ₽
  • ₺
  • £

NATO tarixində ilk - Baş katib olaraq qadın seçilə bilər

NATO tarixində ilk - Baş katib olaraq qadın seçilə bilər
11.08.2021 11:41
NATO tarixində ilk dəfə alyansa Baş katib olaraq qadın seçilə bilər. 

Bu haqda məlumatı İspaniyanın "El Pais” qəzeti yayıb. Məlumata əsasən, NATO-nun gələn il Madriddə keçirilməsi gözlənilən zirvə görüşündə yeni Baş katib seçiləcək.

Qəzet yazır ki, hərbi alyansın tərkibində hazırki Baş katib Yens Stoltenberqi bir qadının əvəz etməsi ilə bağlı ümumi razılıq mövcuddur. 

Yeni Baş katibin axtarışları ilə bağlı danışıqlar payızda başlayacaq. Lakin bununla belə hərbi alyansa üzv olan ölkələrdə namizədlərin adları çəkilməyə başlayır. 
"El Pais”in versiyasına görə, alyansın Baş katibi vəzifəsinə namizədlər sırasında Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə keçmiş Xüsusi Nümayəndəsi Federika Moqerini, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Kersti Kalyulayd, Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç var. 

Yens Stoltenberq 2014-cü ilin noyabrın 1-dən NATO-nun Baş katibi vəzifəsini icra edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol