• $
  • €
  • ₽
  • ₺
  • £

“Necə bu qədər tez Talibana təslim oldular?” - NATO Baş katibi

“Necə bu qədər tez Talibana təslim oldular?” - NATO Baş katibi
17.08.2021 18:54
"NATO-nun Əfqanıstan missiyasını düzgün şəkildə nəzərdən keçirməliyik. Öyrənilməli dərslər var”.

"Qafqazinfo” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Əfqanıstandakı son vəziyyətdən danışarkən deyib.
"Xüsusilə Türkiyə, ABŞ və İngiltərə kilid rol oynadı. Hava limanının təhlükəsizliyini və təxliyyəni təşkil edirlər. ABŞ-ın geri çəkilmə qərarını digər üzvlər izlədi, amma burada Talibanın güc qazanma riski vardı. Son həftələrdə gözləmədiyimiz sürətlə həm ordu, həm də siyasi mexanizm çökdü”, - Baş katib bildirib.

O qeyd edib ki, uzun müddət faydalı olacaq gücü formalaşdırdıqlarını düşünürdülər:

"Amma bizim təlim keçdiyimiz və təchiz etdiyimiz bu əsgərlər necə bu qədər tez Talibana təslim oldular? Bunu müzakirə etmək lazımdır. Təxliyyə başa çatan kimi öyrənilən dərsləri gözdən keçirməliyik.
Əfqanıstanın çöküşünü görmək məni kədərləndirir.
2001-ci ildə terror təhdidi səbəbindən Əfqanıstana gedilmişdi. İndi idarəçiliyi ələ keçirənlərin məsuliyyəti terror təşkilatının təkrar kök salmasına icazə verməməkdir.

Qəzəbi başa düşürük. Amma əvvəldən planımız həmişəlik qalmaq deyildi. Yerli gücü formalaşdırıb ayrılmaq məqsədimiz vardı. Məsuliyyət bir az da bu qədər tez təslim olan əfqan siyasi liderliyi və ordusunun üstündədir.

ABŞ Talibanla geri çəkilmə müqaviləsi imzaladıqdan sonra digər NATO üzvləri də hərbi çəkilməni dəstəklədi. Risklərin fərqində idik. Amma sonsuza qədər mübarizə aparmaq yerinə siyasi bir keçid və humanitar yardıma əsaslanan dəstək planlaşdırdıq. Ancaq belə sürətli çöküş gözləmirdik”.

Stoltenberqin sözlərinə görə, indiki mərhələdə ən vacibi hava limanını açıq saxlamaqdır:

"Yeni administrasiya ölkəni tərk etmək istəyənlərə icazə verməlidir. İndi NATO hava limanını açıq saxlamaq və təxliyyəni davam etdirmək üçün çalışır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol