Ermənistanda bayram tədbirlərinin ləğvi tələb edilir - ETİRAZ

Ermənistan silahlı qüvvələrinin 44 günlük müharibədə ölən hərbçilərinin anaları və qohumları sentyabrın 21-də İrəvanda Respublika meydanında təntənəli bayram tədbirinin keçirilməsi barədə qərarın ləğvini tələb edirlər.
Bu barədə məlumatı "Aysor” yayıb.
Onlar tələb ediblər ki, bir çox ailə hələ də itkin düşən hərbçi yaxınını axtarır: "Belə şəraitdə hökumətin bayram tədbir keçirmək haqqı yoxdur”.
Sentyabrın 8-də Ermənistan hökuməti sentyabrın 20-si iş gününü sentyabrın 25-i ilə əvəzləyib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, sentyabrın 21-də İrəvanda Respublika meydanında genişmiqyaslı, təntənəli bayram keçirəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 15:29
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq























