• $
  • €
  • ₽
  • ₺
  • £

Sülhməramlıların yeni komandanı “Müharibə cinayətkarı” hesab olunur - DOSYE

Sülhməramlıların yeni komandanı “Müharibə cinayətkarı” hesab olunur - DOSYE
09.09.2021 14:57
General-mayor Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub və bu gün Ermənistana gedərək müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Mixail Kosobokov bu təyinada qədər Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində yerləşən Cənub Hərbi Dairəsinin 58-ci Birləşdirilmiş Silahlı Qüvvələrinin komandir müavini olub.

Mixail Kosobokov daha əvvəl – 2014-2017-ci illərdə Rusiyanın Abxaziyada yerləşdirilən 7-ci hərbi bazasının komandiri olub. 7-ci hərbi bazanın komandiri olan zaman - 2016-cı ildə Rusiya prezidentinin fərmanı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb.

Rusiyanın müxtəlif bölgələrində hərbi xidmət keçən Mixail Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Komandanlıq Məktəbindən, daha sonra isə Frunze adına hərbi Akademiyadan məzun olub.

Mixail Kosobokov Ryazan Ali Hərbi Komandanlıq Məktəbindən məzun olub general rütbəsinə layiq görülən sonuncu hərbçidir.
 
Ukraynanın məşhur "Sülhməramlı" Mərkəzi adlı təşkilatı Mixail Kosobokovun adını "Müharibə  cinayətkarları” siyahısına salıb.

"Sülhməramlı" Mərkəzindən verilən açıqlamada qeyd olunur ki, Mixail Kosobokov 2015-ci ildə Ukrayna ərazisində fəaliyyət göstərən terrorçuların sursatla təmin edilməsində və komandanlıq etdiyi Rusiya ordusunun bölmələrinin Ukraynaya istiqamətləndirilməsində yaxından iştirak edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Ermənistana xəbərdarlıq edib
Dünya 16:59
İran Ermənistana xəbərdarlıq edib
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Dünya 16:34
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Dünya 16:17
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
Dünya 15:29
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Dünya 14:42
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Dünya 13:34
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Qətər sahillərində neft tankerinə hücum edilib
Dünya 12:56
Qətər sahillərində neft tankerinə hücum edilib
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Dünya 11:22
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol