• $
  • €
  • ₽
  • ₺
  • £

“ABŞ-ın Əfqanıstandakı sınağının cəzasını bütün dünya çəkir” - Putin

“ABŞ-ın Əfqanıstandakı sınağının cəzasını bütün dünya çəkir” - Putin
09.09.2021 22:14
"Əfqanıstandakı son vəziyyətin regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyi hələlik bilinmir”.

"Qafqazinfo” "Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, amerikalıların və müttəfiqlərinin Əfqanıstandan çəkilməsi yeni bir böhrana yol açdı:

"Bütün bunların regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyi hələlik bəlli deyil.

BRICS (Beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasıdır – red.) ölkələrinin bu məsələyə diqqət ayırması tamamilə ədalətlidir.
Əlbəttə, Rusiya və BRICS-dəki tərəfdaşları Əfqanıstan torpaqlarında uzun müddətdir gözlənilən sülh və sabitliyin qurulmasını istəyir.
Bu ölkənin vətəndaşları onillərdir öz dövlətlərinin taleyini özləri müəyyənləşdirmək üçün mübarizə aparırlar və buna layiqdirlər.
Bununla yanaşı, Əfqanıstanın ətrafındakı ölkələr üçün təhdid olaraq qalması, Əfqanıstan torpaqlarından terrorun və narkotik qaçaqmalçılığının bizi təhdid etməsi maraqlarımıza xidmət etmir.
Biz qaçqın axınının dayandırılmasında maraqlıyıq. Əfqanların öz vətənində sülh içində və ləyaqətlə yaşaya bilməsinin tərəfdarıyıq.
Əfqanıstandakı mövcud böhranın xaricdən yad dəyərləri gətirmək, digər xalqların tarixi və ya milli xüsusiyyətlərini nəzərə almadan, digər ölkələrdə yaşanan adət-ənənələri görməzdən gələrək, ictimai-siyasi mühəndislik metodları ilə guya demokratik quruluşları yaratmaq kimi məsuliyyətsiz cəhdlərin birbaşa nəticəsi olduğunu dəfələrlə dilə gətirdim.

Bütün bunlar qeyri-sabitliyə və nəhayət, xaosa çevrilir. Bundan sonra bütün bu sınaqları aparanlar təcili qaçaraq, himayəsində olanlar daxil olmaqla, insanları taleyin ümidinə buraxırlar. Bunların cəzasını isə bütün dünya çəkmək məcburiyyətində qalır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Ermənistana xəbərdarlıq edib
Dünya 16:59
İran Ermənistana xəbərdarlıq edib
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Dünya 16:34
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Dünya 16:17
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
Dünya 15:29
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Dünya 14:42
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Dünya 13:34
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Qətər sahillərində neft tankerinə hücum edilib
Dünya 12:56
Qətər sahillərində neft tankerinə hücum edilib
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Dünya 11:22
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol