• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Ağalarov şikayətçidir

Araz Ağalarov şikayətçidir
17.05.2014 20:16
Məşhur azərbaycanlı iş adamı, “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov Rusiyanın Antiinhisar Xidmətinə şikayət etməyə hazırlaşır.Bu barədə “Kommersant” qəzeti yazıb.A.Ağalarovun şikayəti Moskva hökumətinin “Avtodor” Qapalı Səhmdar Cəmiyyətinin bu yaxınlarda keçirdiyi tenderdir. Moskva Dairəvi Avtomobil Yolunun 48 kilometrlik hissəsinin tikintisi ilə bağlı elan edilmiş tenderdə ən aşağı qiymət təklif edən “Crocus Group” olsa da tender komissiyası şirkətin müraciətini heç nəzərdən belə keçirməyib. Əsas kimi də o göstərilib ki, bu şirkətin yol tikintisində təcrübəsi yoxdur.Xəbər verdiyimiz kimi, bu iri layihə ilə bağlı elan edilmiş tenderə üç şirkət qatılmışdı - “Crucus Group”, prezident Vladimir Putinin dostu, nəhəng “Gunvor” neft treyderinin sahibi Gennadi Timçenkonun səhmdarı olduğu ARKS və ərəb əsilli iş adamı Ziyad Manasirin “Stroyqazkonsaltinq” şirkəti.Müsabiqənin şərtlərinə əsasən layihənin ümumi dəyəri 51,7 milyard rubl qiymətləndirilirdi. Araz Ağalarovun şirkəti bu yol tikintisini digər iştirakçılara nisbətən ən aşağı qiymətə - 47,2 milyard rubla həyata keçirməyə hazır idi.Lakin tender komissiyası onun müraciətinə baxmayıb, həmçinin iri yol infrastrukturunun tikintisində daha böyük təcrübəyə malik olan və Ziyad Manasirdən daha az məbləğ istəyən ARKS şirkətinə də üstünlük verilməyib.Komissiya Ziyad Manasirin şirkətini qalib elan edib və dərhal bu tender ətrafında korrupsiya şübhələri yaranıb.Ekspertlərin qənaətinə görə, Ziyad Manasir “Avtodor”un rəhbəri ilə korrupsiya sövdələşməsinə gedə bilərdi. Əks halda sifarişin onun şirkətinə verilməsini iqtisadi baxımdan izah etmək mümkün deyil.Söhbət xeyli sərfəli layihədən gedir. Çünki müsabiqənin şərtlərinə görə, yolu inşa edən şirkət sonrakı 19 il ərzində onun istismarına da cavabdeh olacaq. Yəni hər il büdcədən pul alacaq.Tenderin nəticələrindən narazı qalan Gennadi Timçenko Federal Antiinhisar Xidmətinə şikayət edib. Ancaq onun şikayəti təmin olunmayıb və tenderin nəticələri dəyişməyib.G.Timçenkonun ardınca Araz Ağalarov tenderin nəticələrindən şikayət etməyə hazırlaşır və onun şikayətinin təmin olunması şanslarının nə dərəcədə yüksək olduğu müəmmalıdır. /Virtualaz.org/ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol