• $
  • €
  • ₽
  • ₺
  • £

Somadakı faciə ilə bağlı ilk RƏSMİ HESABAT

Somadakı faciə ilə bağlı ilk RƏSMİ HESABAT
17.05.2014 13:45
Türkiyənin Manisa bölgəsinin Soma qəsəbəsində mədəndə baş verən faciə ilə bağlı ilkin hesabat hazırlanıb.AzNews.az-ın “haberler.com”a istinadən verdiyi məlumata görə, Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Somada 299 nəfərin ölümü ilə nəticələnən faciənin səbəblərini araşdırır. Nazirliyin faciə ilə bağlı ilkin hesabatında bildirilib ki, müfəttişlər hadisənin baş verdiyi ərazidə olublar.Araşdırma zamanı müəyyən olunub ki, faciəyə səbəb olan əsas amil karbonmonoksit ölçən cihazların lazımı qədər sıxlıqda yerləşdirilməməsi olub: “Əgər mədəndə kifayət qədər karbonmoniksit ölçən cihaz yerləşdirilsəydi, daxildə yanan kömürün yaratdığı qaz əvvəlcədən hiss edilərdi. Əgər belə olsaydı, yanan bölgə dəmir şəbəkə və betonla bağlanacaq, ağac dirəklər yanmayacaq və çökmə meydana gəlməyəcəkdi”.Hesabatda o da qeyd olunub ki, hadisə baş verən məkanda taxtadan çox istifadə olunması da yanğının artmasına yol açıb: “Yanma zamanı taxta dirəklər uçaraq, məkanı doldurub. Yanğın davam etdiyi üçün məkana havanın daxil olması dayanıb. Meydana gələn karbonmonoksit qazı və tüstüsündən isə mədən işçiləri zəhərlənib”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol