Sarkisyan həmsədrlərlə görüşdü - FOTO

Görüşdə Fransadan olan gələcək həmsədr də iştirak edibErmənistan prezidenti Serj Sarkisyan bu gün İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Jak Forla (Fransa), həmçinin ATƏT sədrinin nümayəndəsi Anjey Kaspşiklə görüşüb.ANS PRESS-in məlumatına görə, görüşdə həmçinin Fransadan olan gələcək həmsədr Pyer Andrio da iştirak edib. Jak For onu öz xələfi kimi təqdim edib. Ermənistan prezidentinin mətbuat xidməti bildirib ki, görüşdə Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının indiki durumu və gələcək perspektivləri barədə danışılıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















