Gürcüstanda bu tarixdən başlayaraq məktəblər və bağçalar açılır

Gürcüstanda oktyabrın 4-dən etibarən məktəblərdə və uşaq bağçalarında əyani tədris bərpa olunacaq.
"Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Koronavirusla mübarizə üzrə Dövlət İdarələrarası Koordinasiya Şurası Operativ Qərargahının rəhbəri Georgi Qibradze bildirib. Onun sözlərinə görə, 4 oktyabrdan ölkədə, həmçinin, əyləncə mərkəzləri də fəaliyyətini bərpa edəcək.
Yeni qaydaya əsasən, sinfindən asılı olmayaraq bütün uşaqlar tibbi maska taxmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















