• $
  • €
  • ₽
  • ₺
  • £

Çexiyanın Baş naziri parlament seçkilərində məğlub olduğunu etiraf edib

Çexiyanın Baş naziri parlament seçkilərində məğlub olduğunu etiraf edib
10.10.2021 13:00
Çexiyanın Baş naziri Andrey Babiş ölkə parlamentinə seçkilərdə rəhbəri olduğu ANO hərəkatının məğlubiyyətini etiraf edib.

Bu barədə "Report” xarici mətbuata istinadən xəbər verir.

"Məğlubiyyətimizi etiraf etməliyəm, "Birlikdə” hərəkatının lideri cənab Fialı qələbə münasibətilə təbrik edirəm. Biz əsasən Praqada keçirilən seçkilərdə məğlub olduq. Mənə qarşı irəli sürülən müxtəlif fərziyələrə və ittihamlara baxmayaraq, çox böyük seçici faizi əldə etdik", - Baş nazir deyib.
Babişin sözlərinə görə, hərəkata qarşı çıxan beş partiyanın məqsədi onu sarsıtmaq, zərbə vurmaq olub.

Çexiya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə üç liberal partiya və hərəkatdan ibarət "Birlikdə" koalisiyası kiçik seçici fərqi ilə qalib gəlib. Eyni zamanda Baş nazir Andrey Babişin rəhbərlik etdiyi mərkəzçi siyasi hərəkat ANO Çexiya parlamentində yerlərin çoxunu qazanıb.
Artıq parlament seçkilərində seçki məntəqələrinin 99%-də bülletenlər hesablanıb. Çexiya Mərkəzi Statistika İdarəsi məlumatına görə, üç müxalif liberal partiyadan ibarət koalisiya bülletenlərin hesablanmasından sonra lider olub.

Baş nazir Andrey Babişin hakim mərkəzçi hərəkatı olan ANO 27,45 faizlə ikinci yerdə qərarlaşıb.
Bunun ardınca Pirat Partiyasını və "Başlar və Müstəqillər" hərəkatını birləşdirən başqa bir liberal koalisiya (15.4 faiz) yer tutub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol