• $
  • €
  • ₽
  • ₺
  • £

Putin NATO-nu hədələdi

Putin NATO-nu hədələdi
18.11.2021 19:20
"NATO strateji bombardman təyyarələrinin Rusiya sərhədlərinin 20 kilometr yaxınlığında uçuş həyata keçirməsi icazə verilə biləcək bütün sərhədləri aşır”.

"Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Putin Qərbi Rusiyanın "qırmızı xət”lər barədə xəbərdarlıqlarını dərinə enmədən, səthi qaydada başa düşməkdə ittiham edib:

"Təbii ki, tərəfdaşlarımız çox özünəməxsusdur, ən yüngül şəkildə desəm, xəbərdarlıqlarımızı səthi qəbul edirlər. Qərbli tərəfdaşlarımız Kiyevə öldürücü müasir silahlar təmin edərək, Qara dənizdə, üstəlik, sərhədlərimizin çox yaxınında təxribat xarakterli hərbi təlimlər həyata keçirərək, vəziyyəti gərginləşdirirlər.

Bu barədə narahatlıqlarımız mütəmadi olaraq dilə gətiririk və "qırmızı xətlərimizin” nələr olduğunu söyləyirik. ABŞ da daxil olmaqla, Qərblə əlaqələrimizin bənzərsiz, hətta demək olar ki, müttəfiqlik səviyyəsində olduğu dönəm NATO-nin Şərqə doğru genişlənməsi mövzusundakı narahatlıqlarımız və xəbərdarlıqlarımız tamamilə görməzdən gəlindi.
İndi NATO-nun hərbi infrastrukturunun haraya gəldiyini görə bilirik: düz sərhədlərimizin yaxınlığına. Rumıniya və Polşaya isə raket müdafiə sistemləri yerləşdirilib. MK-41 sistemi çox asanlıqla Rusiyaya qarşı istifadə oluna bilər. Sistemin proqram təminatını bu şəkildə dəyişdirmək sadəcə bir neçə dəqiqə vaxt alar”.

O vurğulayıb ki, NATO bütün dialoq mexanizmlərini məhv edir:
"Təbii ki, biz NATO üzvlərinin Rusiya sərhədlərinin perimetri boyunca hərbi fəaliyyətinə reaksiya verəcəyik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol