• $
  • €
  • ₽
  • ₺
  • £

Putin NATO-ya xəbərdarlıq etdi

Putin NATO-ya xəbərdarlıq etdi
30.11.2021 22:49
Rusiya Prezidenti Vladimir Putin NATO-nun Ukraynada hərbi infrastrukturunu genişləndirməsinin Rusiya üçün "qırmızı xətt” olduğunu vurğulayıb.

"Qafqazinfo” xəbər verir ki, Putin bu barədə Moskvada keçirilən "Rusiya çağırır” tədbirindəki çıxışında Rusiyanın Ukraynaya hücuma hazırlaşdığına dair yayılan iddialarla bağlı danışarkən deyib.
"Rusiyanın 2021-ci ilin əvvəlində Ukraynaya hücuma hazırlaşdığına dair iddialar yayılmışdı. Ancaq heç bir hücum olmadı. Biz keçmişdə NATO ilə, demək olar ki, müttəfiq idik, lakin bütün istəklərimizə baxmayaraq, onlar sərhədlərimizdə genişlənməyə davam etdilər”, - Putin bildirib.

Putin əlavə edib ki, NATO-nun oxşar sistemləri Ukraynada yerləşdirməsi Rusiya üçün problem yaradacaq:
"Ukraynada hücum sistemləri yerləşdirilsə, Moskvaya uçuş vaxtı 7 dəqiqə olacaq. Hipersonik silahlar yerləşdirilsə, uçuş müddəti 5 dəqiqə olacaq. Bizi bu şəkildə təhdid edənlərə qarşı nəsə hazırlamalıyıq".

Putin bildirib ki, Rusiya da hipersəs raketləri inkişaf etdirir:
"Belə təhdidlərin yaradılması bizim üçün qırmızı xəttdir. Amma ümid edirəm ki, vəziyyət buraya çatmaz. Ümid edirəm ki, dünya ictimaiyyəti üçün sağlam düşüncə və məsuliyyət hissi qalib gələcək”.
Rusiya Prezidenti 2024-cü ildə başa çatacaq prezidentlik müddətindən sonra yenidən namizəd olub-olmayacağı ilə bağlı da danışıb:

"Namizəd olub-olmayacağıma hələ qərar verilməyib. Ancaq namizəd olmaq haqqımın olması daxili siyasi vəziyyəti sabitləşdirir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol