• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin yenidən sərtləşdirildi

Karantin yenidən sərtləşdirildi
27.12.2021 23:21
Yunanıstanda koronavirus epidemiyası ilə mübarizə çərçivəsində məhdudiyyətlərin artırılmasına qərar verilib.

"Qafqazinfo”nun xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris açıqlama verib.

Nazir bildirib ki, "Omicron” ştamı ölkədə sürətlə yayılıb.
Onun sözlərinə görə, bazarlarda və ictimai nəqliyyatda yüksək qoruyucu maskalardan istifadə məcburi olacaq. Həmçinin, 3 yanvar 2022-ci ildən etibarən qida və içki sektorunda çalışanlar üçün də eyni qayda tətbiq ediləcək.

Plevris əlavə edib ki, KN95 və ya FFP2 tipli maska ​​olmadıqda ikiqat maska ​​taxılması lazım olacaq. Bu qaydaya əməl etmək insanların sıx olduğu yerlərdə də tövsiyə edilib.
Bundan başqa, nazir qeyd edib ki, əyləncə məkanları gecə yarısından sonra xidmət göstərməyəcək. İş müddətində isə hər masada maksimum altı nəfərin oturmasına icazə veriləcək.
İdman yarışlarında tamaşaçı sayına məhdudiyyət qoyulacaq. Tamaşaçı sayı 10 faizə endiriləcək. Maksimum tamaşaçı sayının isə 1000 olaraq təyin olunacağını açıqlanıb.

Qocalar və kimsəzilər evlərinə ziyarətlər yalnız PCR testi ilə həyata keçirilə biləcək. Xəstəxanalara ziyarətlərin də məhdudlaşdırılacağı söylənilib.
Yunan nazirin açıqlamasına görə, onlayn iş üsulu dövlət sektorundan sonra özəl sektorda da tətbiq ediləcək. O, işə başlama saatlarının bütün işçilər üçün eyni olmayacağını, növbə sisteminin də qəbul ediləcəyini bildirib.

Sözügedən məhdudiyyətlər 16 yanvar 2022-ci il tarixinə qədər qüvvədə olacaq. Məhdudiyyətlərə əməl edilmədiyi təqdirdə yeni tədbirlərin görülə biləcəyi bildirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol