• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur türkiyəli aktyor həbs oluna bilər

Məşhur türkiyəli aktyor həbs oluna bilər
02.01.2022 18:32
Tanınmış türkiyəli aktyor İlyas Salman 2 ilə qədər həbs oluna bilər. 

"Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bununla bağlı İstanbul Baş Prokurorluğunda məhkəmə iddiası qaldırılıb.

Aktyor ötən il yanvarın 25-də sosial şəbəkə üzərindən etdiyi paylaşımda "türk millətini alçaltma”da ittiham olunur. İddianamədə aktyora sosial şəbəkədəki paylaşımında türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlətdiyi, buna görə altı aydan iki ilə qədər həbs cəzası tələb edilir. Aktyorun mart ayında Anadolu Məhkəməsində mühakimə olunacağı bildirilir. 

Qeyd edək ki, İlyas Salman məşhur "Hababam sinfi" filmində Mehmet obrazı ilə tanınıb. "Yeşilçam”ın yaşayan əfsanələrindən sayılan aktyor sonuncu dəfə 2012-ci ildə "Lal gecə” filmində baş rola çəkilib. O, uzun illərdir fəaliyyətini teatr sahəsində davam etdirir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol