• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Dövlət katibi Rusiyanı işğalçı adlandırdı

ABŞ Dövlət katibi Rusiyanı işğalçı adlandırdı
07.01.2022 22:09
ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkendən sitat paylaşılıb.

"Qafqazinfo” xəbər verir ki, sitatda deyilir:

"NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”.

Qeyd edək ki, Blinken sözügedən fikirləri dünən Almaniyanın xarici işlər naziri Annalena Baerbokla birgə keçirdiyi brifinqdə səsləndirib.
Belə ki, Blinkenə Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı son vaxtlar artan təminat tələbləri və yanvarın 10-na planlaşdırılan ABŞ-Rusiya təhlükəsizlik danışıqlarından gözləntiləri barədə sual verilib.

Blinken isə qeyd edib ki, regionda qeyri-sabitliyin mənbəyi NATO deyil, Rusiyadır.

"Bəli, Rusiya öz ictimai bəyanatlarında və irəli sürdüyü sənədlərdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri qaldırıb. Amma gəlin bunu çox açıq deyək: "NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”, - deyə dövlət katibi Blinken bildirib.

O əlavə edib ki, ABŞ Rusiyanın narahatlığını dinləməyə hazırdır, lakin Vaşinqtonun da öz narahatlıqları var, Moskva da onlara qulaq asmalıdır.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol