• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən transgender deyiləm” - Makronun xanımı

“Mən transgender deyiləm” - Makronun xanımı
14.01.2022 17:13
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron transgender olması barədə mediada yayılan məlumatlara münasibət bildirib.
 
 Fransanın birinci xanımı bu barədə "RTL France” radiostansiyasının efirində danışıb. O qeyd edib ki, haqqında yayılan bu məlumat feykdir.
 
B. Makron bildirib ki, onun transgender olması ilə bağlı yalan şayiələr yayan şəxslər internetdə onun ailə şəcərəsi barədə məlumatları dəyişiblər. Onun sözlərinə görə, burada söhbət onun valideynlərinin şəcərəsindən də gedir və bu, yolverilməzdir.
 
Birinci xanım, həmçinin əlavə edib ki, sosial şəbəkələrdə və mediada guya əvəllər kişi olması barədə məlumatları silmək üçün ona vəkili ilə 5 gün yarım lazım olub.
 
Bir müddət əvvəl sosial şəbəkələrdə Bricit Makronun əvvəllər Jan-Mişel Tronye (Tronye – Bricit Makronun qızlıq soyadı -red.) adlı kişi olması barədə məlumatlar paylaşılıb. Makronun həyat yoldaşı ötən ilin dekabrında bildirmişdi ki, əvəllər kişi olması və sonradan cinsini dəyişməsi barədə şayiə yayanları məhkəməyə verməyə hazırlaşır.
 
68 yaşlı Bricit Makronun birinci nikahından 3 övladı var. O, 2007-ci ildə Emmanuel Makron ilə ailə həyatı qurub. Fransanın 25-ci Prezidentinin isə 44 yaşı var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol