• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsilli ABŞ vətəndaşı Moskvada həbs edildi

Erməni əsilli ABŞ vətəndaşı Moskvada həbs edildi
28.01.2022 19:23
Erməni əsilli ABŞ vətəndaşı Andre Xaçaturyan Moskvada silah qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "RİA Novosti”yə Moskvanın İctimai Monitorinq Komissiyasının üzvü Konstantin Kim bildirib.

Xaçaturyan 7 saylı istintaq təcridxanasında saxlanılır.
K.Kim qeyd edib ki, Xaçaturyanın özünün dediyinə görə, o, ABŞ-dan Ermənistana uçarkən 2021-ci il dekabrın 26-da Şeremetyevo hava limanının tranzit zonasında saxlanılıb. Ondan GLOK-17 tapançası və patronlar aşkar edilib.

"İndi ona silah qaçaqmalçılığı maddəsi ilə (CM-nin 226.1-ci maddəsinin 1-ci hissəsi) ittiham irəli sürülüb. O, təqsirini boynuna almır. Deyir ki, əvvəllər mühafizə şirkətinin işçisi kimi çalışıb və silahlara görə Amerikadan icazəsi olub”, - Kim deyib.

Kim əlavə edib ki, Xaçaturyan yalnız iki dildə - erməni və ingilis dillərində danışdığı üçün heyət və məhbuslarla ünsiyyət qurmaqda çətinlik çəkir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol