• $
  • €
  • ₽
  • ₺
  • £

İlon Mask 19 yaşlı gəncə 5 min dollar təklif etdi, razılaşmadı

İlon Mask 19 yaşlı gəncə 5 min dollar təklif etdi, razılaşmadı
31.01.2022 19:30
ABŞ-ın Florida ştatından olan 19 yaşlı Cek Suini tviter sosial şəbəkəsində milyarder İlon Maskın özəl təyyarəsinin getdiyi bütün yerlər barədə məlumat paylaşdığı hesab açıb.

"Qafqazinfo” "CNN”ə istinadən xəbər verir ki, sözügedən hesabın adı "Elon Musk's Jet”dir və hesab Maskın təyyarəsinin yerini avtomatik izləyərək harada olması barədə məlumat paylaşır.

Hesabdan xəbər tutan İlon Mask hələ 2021-ci ilin noyabr ayında Suiniyə müraciət edərək səhifənin bağlanmasını istəyib. Tərəflər bir müddət mesajlaşdıqdan sonra Mask ondan botları necə quraşdırdığını və bundan nə qədər gəlir əldə etdiyini soruşub. Suini isə öz növbəsində, botlardan aylıq qazancının 20 dolları keçmədiyini bildirib. Bunun ardınca isə Mask 19 yaşlı gəncə hesabın silinməsi üçün 5000 dollar təklif edib. Suini isə bu məbləğlə razılaşmayaraq 50 min dollar tələb edib.

İ.Mask bu təklifi nəzərdən keçirəcəyini bildirsə də, daha sonradan hesabın bağlanması üçün pul ödəməyi düzgün hesab etmədiyini qeyd edib.
Yanvarın 26-sı Cek Suini milyarderə mesaj yazaraq bildirib ki, Maskın şirkətlərinin birində təcrübə keçmək müqabilində puldan imtina etməyə və hesabı silməyə hazırdır. Gəncin sözlərinə görə, Mask onun mesajını hələ açmayıb. O əlavə edib ki, bu yaxınlarda milyarderin təyyarəsi Havay adalarında yerə enib və ola bilsin Mask tətilə yollanıb.

Qeyd edək ki, "Elon Musk's Jet” hesabının 200 mindən çox izləyicisi var.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol