• $
  • €
  • ₽
  • ₺
  • £

İngiltərədə Lassa qızdırmasından ilk ölüm qeydə alındı

İngiltərədə Lassa qızdırmasından ilk ölüm qeydə alındı
11.02.2022 22:14
İngiltərənin şərqində Lassa qızdırmasından ilk ölüm hadisəsi qeydə alınıb.

Nu barədə Britaniya İctimai Səhiyyə Agentliyi məlumat yayıb. 

"Ehtimal olunan Lassa qızdırması halı təsdiqlənib və bununla da ümumi halların sayı üçə çatıb. Təəssüf ki, bir nəfər vəfat edib”, - məlumatda deyilir. 

Bildirilib ki, geniş ictimaiyyət üçün risk çox aşağı olaraq qalır və həkimlər indi xəstələrlə yaxın təmasda olan şəxslərlə əlaqə saxlayırlar.

Lassa qızdırması ağır gedişat, yüksək ölüm göstəricisi, tənəffüs orqanlarının, böyrəklərin, mərkəzi sinir sisteminin zədələnməsi, hemorragik sindromla xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcıları Afrika siçovullarıdır və Lassa qızdırması olan bir insan da infeksiya mənbəyi ola bilər.

İnfeksiyanın yayılması qida, su, hava-damcı, təmas, cinsi və şaquli (hamilə qadından uşağa) yollarla baş verə bilər. Britaniyada Lassa qızdırmasına ilk dəfə 1980-ci ildə, bundan əvvəl sonuncu dəfə isə 2009-cu ildə rast gəlinib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol