• $
  • €
  • ₽
  • ₺
  • £

Müsəlman ölkəsində müsəlmanlara qarşı kütləvi cəza hökmü

Müsəlman ölkəsində müsəlmanlara qarşı kütləvi cəza hökmü
04.05.2014 11:51

Misir məhkəməsi “Müsəlman qardaşlığı” hərəkatının tərəfdarlarına qarşı növbəti kütləvi hökm çıxarıb. 

ANS PRESS-in məlumatına görə, məhkəmə müttəhimlər kürsüsündə əyləşən devrilmiş prezident Məhəmməd Mursinin, eləcə də "Müsəlman qardaşlığı"nın tərəfdarı olan 102 nəfərin hər birinə 10 il həbs cəzası verib. Bundan başqa onlar həbsdən çıxdıqdan sonra 5 il ərzində polisin nəzarəti altında yaşayacaqlar. 

"Müsəlman Qardaşları" hərəkatının daha iki tərəfdarına isə 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onlar 2013-cü ildə, hazırda həbsdə olan devrilmiş prezident Məhəmməd Mursiyə dəstək aksiyalarında iştirak etməkdə ittiham edilirdilər.

Məhkəmənin bu qərarı yerli telekanallarda səsləndirib. 

Xatırladaq ki, Misir məhkəməsi keçən həftə "Müsəlman qardaşlığı" təşkilatının lideri Məhəmməd Badie də (Mohammed Badie) daxil olmaqla, 683 nəfər barəsində ölüm hökmü çıxardı. Devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarı olan Məhəmməd Badie və təşkilatın 682 üzvü ötən il polis məntəqələrinə hücumlarda ittiham edilirlər. Minya Cinayət Məhkəməsinin çıxardığı qərara görə barəsində ölüm hökmü çıxarılanlar 21 iyunda edam ediləcəklər.

Qeyd edək ki, məhkəmənin bu ilin mart ayında 529 nəfər barəsində çıxardığı ölüm hökmünün 492-i ömürlük həbs cəzası ilə əvəzlənib.

ANS PRESS

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol