• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan parlamentinin dörd deputatının mandatı ləğv edildi

Gürcüstan parlamentinin dörd deputatının mandatı ləğv edildi
15.02.2022 19:01
Gürcüstan parlamenti üç müxalifət deputatının – "Leyboristlər” partiyasının lideri Şalva Natelaşvili, "Droa” partiyasının lideri Elene Xoştariyanın və "Gürcüstan naminə Lelo” partiyasının lideri Badri Caparidzenin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edib.

 79 deputat Natelaşvilinin mandatından məhrum edilməsinin lehinə, 28 nəfər əleyhinə, Xoştariyanın mandatından məhrum edilməsinin 77 millət vəkili lehinə, 9 nəfər əleyhinə, Caparidzeyə isə 77 lehinə, 37 deputat əleyhinə səs verib. 

Xoştariya və Natelaşvili parlamentin plenar iclaslarının sistemli şəkildə keçirilməməsi səbəbindən mandatlarını itiriblər.

"Gürcüstan üçün Lelo” müxalifət partiyasının liderlərindən biri Badri Caparidzeyə gəlincə, bu işdə səbəb məhkəmə hökmü olub.
Tbilisi Şəhər Məhkəməsi TBC Bankın təsisçilərindən biri olan Caparidzeni 2008-ci ildə dələduzluqda təqsirli bilib və 7 il müddətinə azadlıqdan məhrum edib. Lakin cinayət təqibi üzrə məhdudiyyət müddəti başa çatdığından o, cəzasını çəkməkdən azad edilib.
Gürcüstan Konstitusiyasına görə, parlament üzvü qanuni qüvvəyə minmiş hökm əsasında təqsirli bilinərsə, o, deputatlıq səlahiyyətlərindən məhrum edilə bilər.

Parlament müxalifət deputatlarından başqa, keçmiş spiker Kaxa Kuçavanı da mandatından məhrum edib. Bu məsələnin lehinə 78 deputat, əleyhinə isə 5 deputat səs verib(qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol