• $
  • €
  • ₽
  • ₺
  • £

Fevralın 26-da Ukraynada nə baş verib - QISA İCMAL

Fevralın 26-da Ukraynada nə baş verib - QISA İCMAL
27.02.2022 08:50
Rusiyanın Ukraynaya silahlı  hücumunun üçüncü günü dünyanın bütün ölkələrinin gözünü dikdiyi və ciddi narahatlıq doğuran Ukrayna və onun ətrafında baş verənlərin qısa xülasəsi: 
 

- Rusiya və Ukrayna qoşunlarının komandanlığı şənbə günü bir çox istiqamətlərdə lokal döyüşlərin getdiyini, lakin hər iki tərəfdə ciddi irəliləyiş əldə olunmadığını bildirir.

- Kreml əvvəlcə danışıqlar ərəfəsində hücumu dayandırdıqlarını bildirsə də, Ukrayna işğalçı təkliflərə etiraz etdi. Bundan  sonra qoşunların irəliləməsi davam etdirildi. 

- Xarkov şəhər administrasiyası  Rusiyanın  hücumunu dəf etdiyini bəyan etdi. 

- Bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Polşa, Çexiya, Estoniya və başqaları  Rusiya üçün  hava məkanını bağladılar. 
 
- Avropa İttifaqı, ABŞ və Britaniya prezident Vladimir Putinə və onun yaxın çevrəsinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
 
- Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya ordusuna kömək üçün Milli Qvardiyadan çeçen döyüşçülərini göndərdiyini təsdiqləyib.
 
- Almaniya üçüncü ölkələr vasitəsilə Ukraynanı tank əleyhinə silahlar və yer-hava raketləri ilə təmin edəcəyinə söz verib.
 
- Kiyev və Odessa vilayətində yerli vaxtla saat 19:00-da komendant saatı tətbiq olunub. Odessada səhər saat altıya qədər, Ukraynanın paytaxtında - bazar ertəsinəkimi komendant saatı rejimi sürəcək. Kiyev bazar günü şəhər rusların növbəti hücumuna hazırlaşır.

- Kiyev meri Vitali Kliçko vəd edib ki, komendant saatı zamanı (yəni saat 19:00-dan sonra) küçəyə çıxan  hər kəs birmənalı Rusiya diversantı sayılacaq.
 
- Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 120 mindən çox məcburi köçkün ölkəni  tərk edib. Qaçqınlar əsasən Polşaya gedirlər. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol