• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada müstəqil saytlar bağlanır

Rusiyada müstəqil saytlar bağlanır
04.03.2022 11:29
Rusiyanın Tomsk vilayətində yaradılan ТВ-2 nəşri öz fəaliyyətini dayandıra bilər. Bu barədə Tomsk ТВ-2 xəbər agentliyinin baş redaktoru Viktor Muçnik  bu nə Facebook hesabında yazıb. 

Onun sözlərinə görə, artıq martın 4- keçən gecə Rusiya hakimiyyət dairələri sayta girişi məhdudlaşdırıb. 

"Etiraf edim ki, hələ dünən həmkarlarımı yığıb işi dayandırmaq istədiyim barədə məlumat vermək qərarına gəldim . Çünki öz bildiyimiz kimi işləmək artıq mümkün deyil", - o  yazıb. 

Telekanal  ТВ-2 1990-cı ilin əvvəlində yaradılıb.  2015-ci ildə Rusiya hakimiyyəti onun lisenziyasını uzatmadığı üçün o vaxtdan bəri telekanal online formatda çalışırdı.  

Rusiya  hakimiyyət dairələri həmçinin "Meduza" saytı, Azadlıq radiosu və BBC Ümumdünya xidmətinin saytlarına  girişi də məhdudlaşdırıb.  Bu işlə ölkə ərazisində saytların fəaliyyətinə cavabdeh olan Roskomnadzor məşğul olur.  

Onlar tam bloklanmasa da , domenin müəyyən  materialları və səhifələrinə giriş məhdudlaşdırılıb. 

Əksər hallarda qadağalar Baş prokurorluğun sorğusu əsasında "İnformasiya, informasiya texnologiyaları və informasiyanın müdafiəsi" qanununun 15,3 bəndinə əsasən həyata keçirilir. 

Dünən axşam isə "Dojd" telekanalının Moskva ofisinə biri polis  formasında, digəri isə mülki geyimdə olan iki polis əməkdaşı gələrək jurnalistləri ekstremist xarakterli materiallar yaymaqda suçlayıb. 

Onlar telekanalın YouTube kanalında olan materiallara öz iradlarını bildirərək, şirkətdən dolayısı ilə bütün kanalı pozmağı tələb ediblər. 

Odur ki, martın 3-də telekanalın baş direktoru Natalya Sindeyeva  canlı efirdə telekanalın fəaliyyətinin  müvəqqəti dayandırıldığını elan edib. 

Telekanalın saytı martın 1-dən Roskomnadzor tərəfindən Baş prokurorluğun istəyi ilə bloklanmışdı. Səbəb kimi isə Ukrayna müharibəsi barədə yanlış məlumatlar yaymaları göstərilmişdi. Kollektivin təhlükəsizliyinə təhlükə yarandığı üçün baş redaktor Tixon Dzyadko və bir qism jurnalistlər Rusiyanı tərk etməli olmuşdular. 

"Exo Moskvı" radiostansiyası və saytı da analoji səbəb üzündən martın 1-dən öz işini dayandırıb. Onları da Rusiya hakimiyyəti Ukraynada baş verənləri düzgün işıqlandırmamaqda qınayıb. 

N.Təbrizli 
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol