• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada defolt qaçılmazdır - Fitch

Rusiyada defolt qaçılmazdır - Fitch
09.03.2022 15:42
"Fitch” reytinq agentliyi Rusiyanın reytinqini  "C” səviyyəsinə endirib. Bu isə Rusiyanın defoltqabağı vəziyyətdə olması deməkdir. Agentliyin məlumatına görə, bu ölkədə  defoltun baş verməsi  qaçılmazdır.

Defolt - ölkənin borclarını ödəyə bilməməsi və ya onları ödəməkdən imtina etməsi deməkdir. Rusiya artıq 1998-ci ildə defolt yaşayıb.

Artıq bir neçə ildir ki, o zaman Rusiya qısamüddətli dövlət istiqrazlarını (QKO) aktiv şəkildə buraxırdı. Amma hökumət bu istiqrazlara görə yaranan borcu ödəyə  bilmədi və birtərəfli qaydada bu qiymətli kağızların restrukturizasiyasını elan etdi. Bu böhran çoxlarının yadından hələ də çıxmayıb.

1998-ci ilin avqustunda rublun kəskin devalvasiyası baş verdi, maliyyə bazarlarında çaxnaşma yarandı, qiymətlər qalxdı, bir neçə bank müflis oldu. Mağaza əməkdaşları məhsulların üstünə vurulmuş qiymət etiketlərini təxminən bir saatdan bir dəyişdilər. Çünki rublun düşməsi səbəbindən qiymətlərə daim yenidən baxılırdı. Təlaş  içində olan insanlar əllərinə düşən hər bir şeyi alırdılar.

Fitch yazır ki, defolt indi qaçılmazdır, çünki agentliyin fikrincə, dövlət öz borcunu ödəməyə getdikcə daha az qadir olacaq.  Agentlik prezidentin fərmanına və Mərkəzi Bankın əcnəbilər üçün borc qiymətli kağızları üzrə müxtəlif ödənişləri məhdudlaşdıran bəyanatlarına istinad edir.

Agentlik Rusiyanın ABŞ və Aİ ölkələrinin elan etdiyi enerji sanksiyalarına bu gün "siyasi cavab”  verəcəyini  və öhdəliklərinin bir hissəsini ödəməkdən imtina edəcəyini proqnozlaşdırdığını qeyd  edir. 

Martın 6-da Moody's reytinq agentliyi də Rusiyanın defolt olmaq riski ilə bağlı xəbərdarlıq edib. Bu agentlik də bazar günü Rusiyanın reytinqini Ca səviyyəsinə endirib. Bu da defoltdan əvvəlki vəziyyəti göstərən reytinq dərəcəsidir.  Agentliyin izahatları Fitch-in qənaətləri ilə üst üstə düşür. Ölkə kapitalın hərəkətini və əcnəbilərə müxtəlif ödənişləri məhdudlaşdırır.

Moody's Rusiyanın öhdəliklərini yerinə yetirmək "istədiyinə və buna qadir olduğuna” şübhə ilə yanaşır.

BBC-nin iqtisadiyyat redaksiyasının redaktoru Olqa Şamina bildirir ki, 1998-ci illə indiki vəziyyət arasında əsas fərq böhranın səbəblərindədir.

1998-ci ildə iqtisadiyyat qeyri-sabit idi, hökumət həqiqətən çox aktiv şəkildə borc alırdı və daim yaranan böhranların öhdəsindən gələ bilmirdi.

Bu təcrübədən sonra hökumətin iqtisadi bloku uzun illər gəlirlərin əhəmiyyətli hissəsini ehtiyatlara qoyaraq, dövlət borcunun  artmasının qarşısını aldı. İqtisadiyyatın inkişafı üçün yetərli investisiya yatırılmadığı üçün  hökumət bu siyasətə görə ciddi tənqid edildi. 

Nəticədə Rusiya yetərli strateji ehtiyatlar toplayıb. Fevralın 1-nə Milli Rifah Fondunda demək olar ki, 175 milyard dollar vəsait akkumilyasiya olmuşdu.  Reytinq agentlikləri və analitiklər qeyd edib ki, bu ehtiyatlar Rusiyanın "yastığıdır” və iqtisadiyyatın sabitliyini təmin edəcək. 1990-cı illərdə iqtisadiyyatın təhlükəsizliyinin və sabitliyinin hər hansı "yastığından” söhbət belə getmirdi. Lakin indiki şəraitdə  bu vəsait  Rusiyanın maliyyə sabitliyinə zəmanət vermir.

Rubl artıq kifayət qədər ucuzlaşıb. Mərkəzi Bank əvvəlcə öz strateji ehtiyatlar, bu vəsaitlərə sanksiya qoyulduqdan sonra isə ixracatçıların valyuta satışının köməyi ilə intervennsiyalar həyata keçirərək  məzənnəni saxlamağa çalışır.

Xarici investorlar əsasən Ukrayna ilə müharibə və sanksiyalar səbəbindən Rusiya bazarını tərk edibr. Beynəlxalq investorlar arasında Rusiya iqtisadiyyatına və hakimiyyətinə inam sarsılıb.


N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol