• $
  • €
  • ₽
  • ₺
  • £

Putin nüvə müharibəsinə qarşı yeraltı bunker hazırlayır

Putin nüvə müharibəsinə qarşı yeraltı bunker hazırlayır
20.03.2022 15:23
Rusiya rəhbərliyi nüvə müharibəsi olacağı təqdirdə ölkənin şərqində yeraltı şəhər hazırlaya bilər. Martın 17-də həyata keçirilən hökumət reysləri bunu dolayısı ilə təsdiq edir. Bunu "Obozrevatel” nəşrinə müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Putin çətin ki, "nüvə düyməsini” bassın, lakin o, Ukraynadakı müharibənin NATO ilə qlobal münaqişənin "detonatoruna" çevrilə biləcəyini anlayır.

Malomuzj bildirib ki, ruslar yeraltı qurğuların tam yoxlanışını və idarə sistemlərinin sınaqlarını həyata keçirirlər.

"Əgər həqiqətən belə uçuşlar olubsa, bu o deməkdir ki, bu obyektlər praktiki istifadəyə hazırlanır”, - ordu generalı vurğulayıb.

O əlavə edib ki, söhbət bütün şəhərdən bir neçə on metr dərinlikdə olan qapalı yeraltı bunkerlərdən gedir. Burada bütün kommunikasiya sistemləri, o cümlədən digər regionlarla yeraltı rabitə, muxtar elektrik təchizatı, havanın təmizlənməsi daxil olmaqla muxtar həyatı təmin edən model mövcuddur. Malomujun sözlərinə görə, orada insanlar bir ilə qədər yaşaya bilər.

"Mən nüvə müharibəsinin olacağını düşünmürəm. Lakin Putinin bütün dünyanı uçurumun kənarında saxlayacağına heç bir şübhə yoxdur", - deyə general yekunlaşdırıb.

Bundan əvvəl Sosial-İqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski mənbələrə istinadən Putinin fiziki ləğv olunmaqdan qorxduğunu, buna görə də uzun müddətdir ki, Kremlə getmədiyini bildirib. Ukraynada müharibə başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol