• $
  • €
  • ₽
  • ₺
  • £

Google rus hakerlərini NATO-ya hücumda suçlayır

Google  rus hakerlərini NATO-ya hücumda suçlayır
31.03.2022 16:57
Google-un internet təhlükəsizliyi komandası olan Threat Analysis Group (TAG) hesab edir ki, Rusiyadan olan hakerlər bu yaxınlarda NATO-nun və bir sıra Şərqi Avropa ölkələrinin müdafiə qurumlarının kompüter şəbəkələrini sındırmağa cəhd ediblər.

TAG hesabatında Coldriver qrupunun və ya Callisto-dan olan rus hakerlərinin hansı ölkələrə hücum etdiyi barədə məlumat verilmir.

Rusiya isə Qərb institutlarına kiberhücumlar edən hakerlərə dövlət dəstəyi ilə bağlı hər hansı iddianı təkzib edib.

2019-cu ildə Finlandiyanın kibertəhlükəsizlik proqramlarıarının istehsalçısı F-Secure Labs Callisto haker qrupunu Avropanın xarici siyasət və təhlükəsizlik məlumatlarını əldə etməyə çalışan naməlum və yüksək texnologiyalara malik şirkət adlandırıb. 

Google hesabatına görə,  hakerlər həmçinin NATO-nun qabaqcıl təcrübə Mərkəzlərini də hədəfə alıb. Təhdidlərin Təhlili Qrupunun mütəxəssisləri bu hücumların  təfərrüatlarını açıqlamır.


"Biz hər gün  zərərli kiber fəaliyyətlə rastlaşırıq.  NATO qabaqcıl təcrübə  Mərkəzləri alyansla birlikdə işləyir, lakin onlar  NATO-nun bir hissəsi deyil. Biz daim onlarla ber təhlükəsizlik məsələləri ilə bağlı əlaqə saxlayırıq", - NATO bəyanatında deyilir. Bu barədə Reuters yazır. 

Threat Analysis Group 50-dən çox ölkənin hökumətləri tərəfindən dəstəklənən 270-dən çox kibercinayətkar qrupa nəzarət edir.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol