• $
  • €
  • ₽
  • ₺
  • £

“Putinlə görüş keçirilməyə bilər” - Zelenski

“Putinlə görüş keçirilməyə bilər” - Zelenski
05.04.2022 14:34
Rusiyalıların Buçadakı vəhşiliklərindən sonra Rusiya ilə danışıqlar aparmaq çətin olacaq, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirilməyə bilər.
 
Ukraynanın Buça şəhərində silahlı toqquşmalar 1 ay davam edib. Bu şəhər Rusiyanın Belarusdan Kiyevə doğru irəliləməsinə mane olduğu üçün şiddətli atışmalar gedib. Martın sonunda Buça Ukraynanın qəhrəman şəhəri adına layiq görülüb.
 
Buçada kütləvi məzarlıqların olduğu barədə məlumatı artıq martın 13-də yaymışdı. Müharibə müddətində məzarlıqda 67 mülki şəxs dəfn olunub.
Şəhərin meri Anatoli Fedorukun sözlərinə görə, şəhərdəki kütləvi məzarlıqda dəfn olunanların sayı 280 nəfərə çatıb.

Federok AFP-ə verdiyi açıqlamada Buça küçələrinin meyitlərlə dolu olduğunu bildirib. Onun sözlərinə görə, insanlar başından güllələnərək öldürülüb. Həlak olan mülkilərin sayı artıq 300 nəfərdir. Ölənlərin arasında qadınlar, qocalar və azyaşlı uşaqlar da var.

Aprelin 1-də Kiyev yaxınlığındakı Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb. Cəsədlərin fotoları qısa müddətdə yayılıb və bir çox ölkə rəsmisi bu fotolara reaksiya verib.

Rusiya Müdafiə Nazirliyi (MN) Buçanın geniş görüntülərinin "saxta" olduğunu iddia edərək, şəhərin Rusiya tərəfindən işğalı zamanı "heç bir yerli sakinin zorakılıqdan əziyyət çəkmədiyini" bildirib. "Kiyev vilayətinin yaşayış məntəqələrində Rusiya hərbçiləri mülki şəxslərə 452 ton humanitar yardım çatdırıblar” - Rusiya MN bildirib.
 
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası”, habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub və şimal istiqamətlərdən hücuma başlayıb. 
 
Hücum bugünə kimi davam edir. 
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol