• $
  • €
  • ₽
  • ₺
  • £

Moldovalılar irəli getdilər - KÖŞƏ

Moldovalılar irəli getdilər - KÖŞƏ
29.04.2014 14:01
Kamal ƏliAvropa Birliyi moldovalılara Dnestryanı bölgənin sakinləri də daxil olmaqla, Avropaya vizasız giriş imkanı verdi. Əslində bu Kremlə Krım-Ukrayna hadisələri ərəfəsində ən yaxşı cavab idi. Əgər Krımın anşlüsü olmasaydı, Moldova hələ daha 10 il Avropa qapılarını döyərdi. İndiysə Moldova vətəndaşları Avropa Birliyinə gedə, orada yaşayıb-işləyərək vətəndəki ailələrini təmin edə bilərlər. Çünki bunu rumınlar edirlər. Heç də ali təhsilli moldovalı mütəxəssislərin ingilis unitazlarını yumasından narahat olmağa lüzum yoxdur. Biabırçı peşə olmur. Əsas odur ki, evdə uşaqların qarnı doysun.Maddiyyat hər şeydən üstündür. Kreml Krımın anşlüsünü planlaşdırmaqla sadə camaat üçün bu düsturu həyatda ali bir devizə çevirdi. Bu əsaslandırmanın nümayişi yarımada ərazisindəki rus bankından pensiya norması fərqi ilə rublla dolu çanta almış Krım sakini haqqında videosüjetdə də aydın görsənirdi.Rusiya pensiyası Ukrayna pensiyasından təxminən iki dəfə çoxdur. Aydın məsələdir ki, Ukraynanın cənub-şərqi sakinləri də həmçinin belə çantaları almaq istəyirlər və buna görə bu telesüjeti göstərirdilər.Moldovada pensiyalar hətta Ukraynadan da az ola bilər, amma maneəsiz Avropa Birliyində çalışmağa getməklə moldovalılar o qadından daha çox pul ala biləcəklər. Dnestryanı bölgədən olan metallurqların seçim imkanı indi daha ağırdır, nəinki Ukrayna separatçılarının.Avropanı nə gözləyir? Təminatlı qocalıq, gərgin əmək, tox həyat, məişət mədəniyyəti və yüksək sosial təhlükəsizliyik, dəmir hüquqi intizamı, real demokratiya.Bəs onda Rusiyanı nə gözləyir? Yuxarıda göstərilən siyahının çox hissəsini dərhal kəsirəm. Tox həyat ola bilər, amma məhsulların çeşidi və keyfiyyəti Avropa ilə müqayisədə çox aşağıdır. Qafqazda bitməyən müharibəni və Kremlin qonşu "qardaş" xalqlarıyla yeni müharibələr yaratmaq qabiliyyətini əlavə edək.Məhz bu qabiliyyətə görə “Kreml, sənə yaxşı cavab..." sırasından daha bir xəbər çıxdı; Moldova prezidenti onun ölkəsinin NATO-ya qəbul olmaq niyyəti barədə bəyanat verdi. Və yəqin, qəbul edəcəklər.Yaxın gələcəkdə Rusiya üçün xoş bir şey görmürəm.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol