• $
  • €
  • ₽
  • ₺
  • £

İlon Musk Twitter-i almağı planlaşdırır

İlon Musk Twitter-i almağı planlaşdırır
14.04.2022 22:55
Tesla Inc-in qurucusu və baş direktoru İlon Mask eyniadlı sosial şəbəkənin sahibi olan Twitter Inc.-i almaq niyyətindədir.


Musk Twitter səhmlərini hər biri üçün 54,2 dollara geri almağı təklif edir ki, bu da çərşənbə günü bazarda təyin edilən qiymətin üstünə 18% mükafat əlavə etmək deməkdir. Beləliklə, Mask Twitter-i 43,39 milyard dollara almağı təklif edir. 


"Twitter özəl şirkətə çevrilməlidir" deyən Mask Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciətində bildirib.  "Twitterin inanılmaz potensialı var və mən onu açacağam", - Mask deyib.


Twitter Maskın təklifini aldığını təsdiqləyib. Onun direktorlar şurası bu təklifi nəzərdən keçirmək və şirkətin maraqlarına uyğun  gələcək fəaliyyət kursu barədə qərar qəbul etmək niyyətindədir.


Twitter-in ən böyük uzunmüddətli səhmdarlarından biri olan Səudiyyə şahzadəsi əl-Valid bin Talal artıq Maskın təklifini qəbul etmədiyini bildirib.


"Təklif olunan qiymətin şirkətin inkişaf perspektivlərini nəzərə alaraq Twitter-in həqiqi dəyərinə yaxın olmadığını  düşünürəm",  - Şahzadə Tvitter hesabında yazıb.


Martın əvvəlində məlum oldu ki, Mask Twitter-də 9,2% paya sahibdir. Bu o deməkdir ki, o,  şirkətin ən böyük səhmdarıdır.  Twitter Maska səhmlərin 14,9%-dən çoxuna sahib olmamaq şərti ilə direktorlar şurasında yer təklif edib. Amma Mask imtina edib. 


Twitter səhmləri cümə axşamı birjada 2,5% artıb.


N.Təbrizli



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol