• $
  • €
  • ₽
  • ₺
  • £

Donbas uğrunda döyüş başlayıb - Zelenski

Donbas uğrunda döyüş başlayıb - Zelenski
18.04.2022 23:59
Rusiya qoşunları uzun müddətdir hazırladıqları Donbass uğrunda döyüşə başlayıblar. Bu barədə axşam video müraciətində Ukrayna prezidenti Volodimir Zelenski bildirib. 

 "Rusiya qoşunlarının böyük bir hissəsi hücum üçün orada cəmlənib. Oraya nə qədər əsgər sürülsə də, biz özümüzü müdafiə edəcəyik. Döyüşəcəyik. Ukraynanın bir qarış torpağını Rusiyaya verməyəcəyik", -  Zelenski bildirib.

Zelenski qeyd edib ki, şərqdə və cənubda rus qoşunları son vaxtlar əvvəlkindən daha çox düşünülmüş şəkildə hücumlar edir. 

"Onlar dövlətimizin müdafiəsində zəif yer axtarırlar ki, əsas qüvvələri ora yüridib irəli getsinlər", - Zelenski əlavə edib.

Müharibənin ikinci mərhələsinin başlaması barədə Ukrayna prezidenti aparatının rəhbəri Andriy Yermak da bildirib. 

Luqansk vilayət administrasiyasının rəhbəri Serhiy Qayday bu barədə Facebook-da yazıb.

Rusiya ordusu Rusiyaya raket ehtiyatını asanlıqla bərpa etməyə mane olan sanksiyalar fonunda Ukraynaya qarşı raketlərdən istifadəni azaltmır.

"Raket zərbələrinin heç biri Rusiya üçün vəziyyəti kökündən dəyişməyib. Əgər onların hamısını birlikdə qiymətləndirsək, nəticə belə olacaq - bu, strateji baxımdan anlaşılmazdır", - Zelenski bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, hücumu gücləndirmək üçün Rusiya hərbçiləri Rostov vilayəti ərazisində və ilhaq edilmiş Krımda əlavə birləşmələr yaratmağa davam edir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ruslar təxminən aprelin 24-dək əlavə birləşmələri yaratmaq işini bitirəcəklər. 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Ukrayna ilə sərhədin bilavasitə yaxınlığında, Belqorod vilayətində helikopter meydançaları yerləşdirilir.

Danilov döyüşlərin yeni başlayan və ya davam etdiyi ərazilərdə yaşayan insanları mümkün qədər  təxliyə olunmağa çağırıb.

"Ruslar artıq 1 və ya 9 may deyil, artıq Pasxa bayramı ilə əlaqədar Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirmək vəzifəsini qarşılarına məqsəd qoyub", - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi deyib.

N.Təbrizli
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol