• $
  • €
  • ₽
  • ₺
  • £

Fələstində tarixi hadisə

Fələstində tarixi hadisə
24.04.2014 10:00
Fələstində Həmas ilə Fəth partiyası arasında tarixi barışıq elan olunub. Siyasi rəqiblər 7 il aradan sonra birləşmək və koalisiya hökuməti yaratmaq qərarına gəliblər. Barışıq Qəzzə şəhərində baş tutub. Həmasın baş naziri İsmayıl Haniyə Fəth partiyası rəsmiləri ilə birgə mətbuat konfransında çıxışı zamanı 5 həftə ərzində birlik hökumətinin formalaşdırılacağını qeyd edib."Fələstin lideri Mahmud Abbas birlik hökuməti ilə bağlı tezliklə müzakirələrə başlayacaq. Fələstində uzun illərdir ki, davam edən bölgünün aradan qalxması, tərəflər arasında barışığın olması yaxşı bir addımdır". İsrailin baş naziri Benyamin Netanyahu tərəflər arasında əldə olunan razılığa münasibət bildirib. Netanyahu qeyd edib ki, Mahmud Abbasın Həmasla sülh bağlaması, İsrail ilə bu ölkə arasında sülh razılaşmasını poza bilər."Hər dəfə biz Fələstinlə sülh danışıqları başladanda Mahmud Abbas İsrailin qəbul edə bilməyəcəyi əlavə şərtlər irəli sürür. İndi isə İsrail ilə sülhə nail olmaq əvəzinə Həmasla sülh yaratmağa çalışır. Onun konkrekt məqsədi nədir. İsrail ilə yoxsa, Həmasla sülh? Siz ikisindən birini seçməlisniz". Həmasla Fəth arasında rəsmi barışıq sazişi 2011-ci ilin may ayında bağlansa da, tərəflər sazişin şərtlərini icra etmirdilər.İsrail, Misir, İordaniya və Qərb ölkələri Həması terror təşkilatı kimi dəyərləndirdiyi halda, Rusiya, Türkiyə və Çin kimi ölkələr bu fikir ilə razılaşmır.//Anspress
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol