• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanının iki nümayəndə heyəti ABŞ-a səfər edəcək

Səudiyyə Ərəbistanının iki nümayəndə heyəti ABŞ-a səfər edəcək
05.06.2022 21:40
Səudiyyə hökumətinin iki nümayəndə heyəti bu ay Birləşmiş Ştatlara səfər etməyi planlaşdırır. Bu barədə Amerikanın Səsi məlumat yayıb.

Adlarının açıqlanmasını istəməyən iki rəsminin məlumatına görə, Səudiyyə Ərəbistanının Ticarət naziri Məcid bin Abdullah əl-Qəsəbinin başçılığı ilə ilk nümayəndə heyətinin Vaşinqtona iyunun 15-də səfər edəcəyi gözlənilir. Sərmayə naziri Xalid əl-Fəlihin başçılıq etdiyi ikinci nümayəndə heyətinin isə ayın sonunda səfəri planlaşdırılıb.

Onlar deyib ki, nümayəndə heyətlərinə onlarla hökumət rəsmisi və Səudiyyə şirkətlərinin icraçılarının daxil olacağı gözlənilir. Onlar nəqliyyat, logistika və bərpa olunan enerji daxil olmaqla bir neçə sahədə razılıq və sazişləri müzakirə edəcəklər.
Səudiyyə Ərəbistanı şərh istəyinə dərhal cavab verməyib.

Bayden cari il iyunun 3-də açıq şəkildə yaxında Səudiyyə Ərəbistanına səfər edə biləcəyini etiraf edib. Bir neçə mənbədən verilən məlumata görə, bu səfər gözlənilir və səfər çərçivəsində Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışıqlar baş tuta bilər.

Səfər Səudiyyə Ərəbistanı ilə artan enerji qiymətləri, Yəmən müharibəsi və səudiyyəli jurnalist Camal Xaşuqçinin 2018-ci ildə krallığın İstanbuldakı konsulluğunda qətlə yetirilməsi səbəbilə gərginləşən münasibətləri yaxşılaşdırmağa kömək edə bilər.
Baydenin açıqlamasının ardınca OPEC+ kimi tanınan Neft İxrac Edən Ölkələr Birliyi və müttəfiqləri neft hasilatını artırmaq qərarına gəlib, Səudiyyənin dəstəklədiyi hökumətlə İranyönlü husilər arasında isə Yəməndə atəşkəsin uzadılmasına dair razılıq elan olunub.

Körfəz ölkələrinin Çin və Rusiya ilə dərinləşən əlaqələrindən narahat olan ABŞ-ın mövqeyi də dəyişir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol