• $
  • €
  • ₽
  • ₺
  • £

Vaşinqtonda meymunçiçəyinə yoluxma halı qeydə alınıb

Vaşinqtonda meymunçiçəyinə yoluxma halı qeydə alınıb
06.06.2022 17:22
ABŞ-ın paytaxtı Vaşinqtonda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb. Bu barədə Kolumbiya Dairəsi Administrasiyası məlumat yayıb.
 
Bildirilib ki, meymunçiçəyinə yoluxmuş Vaşinqton sakini Avropadan qayıdıb. Xəstə təcrid olunub. Bildirilib ki, hazırda şəhərdə ciddi təhlükə müşahidə edilmir.
 
ABŞ-da meymunçiçəyinə ilk yoluxma halı mayın 18-də Massaçusets ştatında müəyyən edilib.
 
Meymun çiçəyi nadir virus infeksiyasıdır. Xəstəlik çox vaxt yüngül keçir və pasiyentlərin əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Yüksək hərarət, baş və əzələ ağrısı, limfa düyünlərinin şişməsi, bel ağrıları, titrətmə və yorğunluq xəstəliyin ilk simptomlarıdır. Əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmə əmələ gəlir.
 
Təşkilatın məlumatına görə, ən çox yoluxma Böyük Britaniyada (190 nəfər) İspaniyada (142), Portuqaliyada (119) və Almaniyada (44) baş verib.
 
Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol