• $
  • €
  • ₽
  • ₺
  • £

Eyfel qülləsi təmir olunmalıdır

Eyfel qülləsi təmir olunmalıdır
05.07.2022 16:21
Fransada yerləşən Eyfel qülləsi paslanıb və əsaslı təmirə ehtiyacı var. Lakin təmir edilmir, 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunları  üçün yenidən rənglənir. Bu barədə Fransanın "Marianne" jurnalı öz mənbələrinə istinadən yazıb.

Jurnalın əldə etdiyi hesabatlardakı iddialara görə, Eyfel qülləsində çatlar və paslar 2014-cü ildə aşkar edilib. 2016-cı ildə isə  qüllədə 884, o cümlədən ciddi narahatlığa səbəb olacaq 68 zədə qeydə alınıb.

Qüllənin adının açıqlanmasını istəməyən meneceri jurnala deyib ki, əgər qüllə mühəndisi Qustav Eyfel bu yeri ziyarət etsəydi, infarkt keçirərdi.

Qüllə indi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə 20-ci dəfə rənglənir. Abidənin kosmetik təmirinin dəyəri 60 milyon avrodur. Ehtimallara görə, qüllənin üçdə birindəki boya soyulacaq, bundan sonra ona iki yeni qat çəkiləcək.
 
Jurnala danışan ekspertlərin fikrincə, qüllədən köhnə boya tamamilə silinməlidir.
 
"Yalnız bundan sonra yenidən rənglənməlidir. Köhnənin üzərinə yeni boya vurulması korroziyanı daha da gücləndirir. Qülləni idarə edən və 99 faiz Paris meriyasına məxsus şirkət turizm gəlirlərini itirdiyi üçün abidəni uzun müddət bağlamaq istəmir. Hündürlüyü 324 metr, çəkisi 7 min 300 ton olan bu dəmir qüllə 1889-cu il Dünya Sərgisi üçün tikilmişdi. Açılışdan əvvəl dörd qat sülügən (tərkibində qurğuşun olan mineral) ilə örtülmüşdü. İndi o qadağandır, lakin o dönəmdə korroziyaya qarşı ən yaxşı maddə hesab edilirdi. Eyfel özü hesab edirdi ki, boya qüllənin davamlılığına zəmanət verir və "ən əsası pasın qarşısını alacaq. Qüllə 20 il dayanmalı, bundan sonra sökülməli idi. Lakin diqqətli qulluq sayəsində qüllə hələ də ayaqdadır və Fransanın simvollarından biri hesab edilir", - jurnalda yazılıb.
 
Hər il təxminən 6 milyon turist bu qülləni  ziyarət edir. 
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol