• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya bu ərazilərə hücuma hazırlaşır

Rusiya bu ərazilərə hücuma hazırlaşır
08.07.2022 06:31
Rusiya Slavyansk və Kramatorska paralel hücuma hazırlaşırlar. Bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) iyulun 7-nin nəticələrinin xülasəsində qeyd edib.
 
Rus qoşunları Barvenkovonun cənubuna artilleriya zərbələri endirib, Nikopol və Novopavlovkanı, həmçinin Slavyanskın şimal-qərbindəki bir neçə yaşayış məntəqəsini atəşə tutub.

İnstitut ekspertlərinin fikrincə, bu zərbələr işğalçıların şərqdən Barvenkovodan yan keçməyə və ya cənub-şərqdən Slavyanska doğru hərəkət etmək üçün E40 İzyum-Slavyansk magistralına doğru hərəkət etməyə və ya Barvenkovodan Kramatorska doğru birbaşa cənub-şərqə doğru hərəkət etməyə çalışdıqlarını göstərə bilər.

"Rusiya qüvvələri Kramatorska mümkün hücum üçün şərait yarada bilər ki, bu da Slavyanska hücumla paralel gedir”, ekspertlər proqnozlaşdırırlar.



Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol