• $
  • €
  • ₽
  • ₺
  • £

Moldova Azərbaycandan təbii qaz ixracını planlaşdırır

Moldova Azərbaycandan təbii qaz ixracını planlaşdırır
18.07.2022 19:00
Moldova Azərbaycandan təbii qaz almağı planlaşdırır.


Bu barədə xarici mətbuata istinadən xəbər verir.


 Moldova Parlamenti qazın tədarükü üçün Avropa İttifaqının (Aİ) 300 milyon avro krediti məbləğində dəstək layihəsini təcili olaraq iki oxunuşda qəbul edib. Rəsmi Kişinyov Azərbaycan və Rumıniyadan Rusiyaya alternativ enerji resursu almağı gözləyir. Buxarestin qaz anbarları isə 49 % dolu olduğu halda, Bakı ilə danışıqlar yenicə başlayıb.


Moldova ekspertləri ölkənin Azərbaycan qazını Aİ vasitəsilə alması ehtimalını da vurğulayıblar. Onlar bildiriblər ki, Avropa İttifaqı Bakı ilə Azərbaycan qazının tədarükünə dair saziş imzaladığını elan edib.


 Avropa Komissiyası Aİ ölkələrinə Azərbaycanla təbii qaz idxalının artırılması, onun boru kəmərinin və imkanlarının genişləndirilməsi ilə bağlı saziş bağlamağı təklif edib. Aİ 2027-ci ilə qədər kommersiya məqsədəuyğunluğu və bazar tələbindən asılı olaraq Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətində olduğunu açıqlayıb.


"Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq şaxələndirməni artırmaq üçün Xəzər təbii qazının Avropa İttifaqına və potensial olaraq Qərbi Balkan ölkələrinə tədarükünü nəzərdə tutur. Tərəflər 2027-ci ilədək azı 20 milyard kubmetr həcmində təbii qazın tədarükünü gözləyirlər. Bu, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin qoyulmasına səbəb olacaq”, - "Euobserver” müstəqil internet nəşri yazıb.


Moldovanın IPN xəbər agentliyi ölkənin təbii qazın alınması üçün Avropa platformasına, eləcə də Azərbaycan tərəfi ilə dialoqa qoşulduğunu bildirib. Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu qeyd edib ki, Azərbaycandan təbii qazın alınması imkanının yaradılması üçün yerli hakimiyyətlə danışıqlar davam edir.


Moldova parlamentinin sədri İqor Qrosu vətəndaşları əmin edib ki, ölkə qışın sərt dövründə təbii qazsız qalmayacaq.


"Bizim qazımız olacaq. Avropalı tərəfdaşlar və digər təchizatçılarla fəal danışıqlar aparırıq. Əlbəttə "Moldovaqaz” vasitəsilə "Qazprom”la danışıqları davam etdirəcəyik. Amma keçən ilin oktyabrında öyrəndiyimiz dərs odur ki, mənbələri şaxələndirmək lazımdır”, - İqor Qrosu televiziyadakı çıxışıında deyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol