• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda tutulan “azərbaycanlı” killer kimdir?

Ermənistanda tutulan “azərbaycanlı” killer kimdir?
18.04.2014 17:19
Ermənistandan Rusiyaya ekstradisiya olunan killerin Azərbaycan ermənisi olduğu məlum olub. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, qazaxıstanlı iş adamını qətlə yetirərək Ermənistana qaçan şəxs Dağlıq Qarabağda anadan olmuş ermənidir. İş adamını qətlə yetirməkdə şübhəli bilinən erməninin 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “Baltinfo” informasiya agentliyi Ermənistandan Rusiyaya ekstradisiya olunan killerin milliyyətcə azərbaycanlı olması barədə məlumat yayıb. APA-nın Moskva müxbirinin araşdırmaları nəticəsində isə məlum olub ki, qazaxıstanlı iş adamını qətlə yetirən şəxs Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olmuş, milliyyətcə erməni Marat Sarkisovdur. Sifarişli qətl törədən Azərbaycan ermənisi aprel ayında Rusiya və Ermənistan polisinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub. Erməni killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub. Erməni killerin 27 yaşlı Vladimir şəhər sakini olduğu bildirilib. Hazırda qətli sifariş verənin kimliyinin araşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol