• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Duginanı qətlə yetirənin adını açıqladı

Rusiya Duginanı qətlə yetirənin adını açıqladı
22.08.2022 16:07
Jurnalist Daria Duqinanın qətlini Ukrayna xüsusi xidmət orqanları hazırlayıb, törədən şəxs Estoniyadakı cinayətdən sonra yoxa çıxan Ukrayna vətəndaşı Natalya Vovkdur. Bu məlumatı TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi verib.

"Federal Təhlükəsizlik Xidməti həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü rusiyalı jurnalist Darya Duqinanın qətlinin üstünü açıb. Cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Onu törədən 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Vovk Natalya Pavlovnadır”, - məlumatda bildirilib.

O, 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylovna ilə birlikdə 23 iyul 2022-ci ildə Rusiyaya gəlib.

"Qətl günü Vovk və Şaban Duqinanın fəxri qonaq kimi iştirak etdiyi Ənənəvi ədəbi-musiqi festivalında idilər. Avqustun 21-də Duqinanın idarə etdiyi "Toyota Land Cruiser Prado” markalı avtomobilin idarə olunan partlamasından sonra Vovk qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya gedib. Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Vovk qızı ilə birlikdə Moskvada mərhumun yaşadığı evdə mənzil kirayələyib. Cinayətkarlar jurnalisti izləmək üçün Mini Cooper markalı avtomobildən istifadə ediblər. Eyni zamanda, Rusiyaya daxil olarkən Donetsk Xalq Respublikasının (Azərbaycanda tanınmır - red.) nömrələrindən istifadə edilib - Е982ХН DPR, Moskvada - Qazaxıstan nömrələri 172AJD02, çıxarkən isə Ukrayna AH7771IP”, - məlumatda bildirilib.

İstintaq materialları İstintaq Komitəsinə verilib.

"Rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Daria Duqina avtomobilinin bomba ilə partladılması nəticəsində dünyasını dəyişib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol