• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli müğənni həbs edildi - VİDEO

Türkiyəli müğənni həbs edildi - VİDEO
26.08.2022 12:43
Türkiyənin tanınmış müğənnisi Gülşən Çolakoğlu həbs edilib. Bu barədə Türkiyə KİV yazıb.

Müğənni prokurorluğa verdiyi ifadədən sonra İstanbul Sülh Cəza Hakimliyinə köçürülüb.

Gülşən Çolakoğlu orada sorğu-sual edildikdən sonra həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.

Gülşən haqqında İmam Hatip tərəfdarlarını hədəf alan sözlərindən sonra həbs qərarı verilib.
 

Türkiyənin bir çox məşhur sənət adamları Gülşənin həbs qərarına qarşı çıxıb və müğənniyə dəstəklərini ifadə ediblər.

Aktyor Selçuk Yöntem Gülşənin həbsini ədalətli hesab etmədiyini bildirib.

"Hüququn siyasi düşüncələrə uyğun formalaşdığı ölkəmizdə həbs olunması lazım olan onlarla insan "nə də olsa, mənə bir şey olmaz” rahatlığı ilə gəzərkən, bir sənətçinin düşüncəsindən dolayı mühakimə və həbs olunmasını "ədalət”li hesab etmirəm”, - o yazıb. 

Türkiyəni Avroviziya mahnı müsabiqəsində təmsil etmiş müğənni Hadise müğənninin həbsini digər cinayət hadisələri ilə müqayisə edib.

"Hamımız insanıq. Yanlışlar və xətalara yol verə bilərik, çünki insanıq. Üzr istəmək ləyaqətdir, üzr də istənildi. Sizə sual verirəm, qadınları vəhşicəsinə öldürən, "iki ay yatıb çıxaram” deyən adamları, uşaqlarının yanında həyat yoldaşını döyən adamları bu gün Gülşənin həbs olunduğu kimi həbs etsəydilər, neçə qadın bu gün həyatda olardı?”, - o qeyd edib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol