• $
  • €
  • ₽
  • ₺
  • £

Rus tankları Laçına yerləşdirilib

Rus tankları Laçına yerləşdirilib
11.04.2014 12:20
Dünən gecə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirilib.Bu barədə məlumatı “Axar.az”a  Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. O, qeyd edib ki, Rusiya ordusuna məxsus tanklar Laçının bir addımlığındadır: “Artıq Rusiya Baş Qərargahı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb. Dünən axşam zirehli texnika, qoşqulu avtomobillərdə Gümrü-İrəvan-Artaşat-Sisian-Gorus avtomobil yolu vasitəsilə xüsusi maskalanmış vəziyyətdə işğal edilmiş Laçın rayonu yaxınlığına - Karaşen yaşayış məntəqəsinə gətirilib. Qoşqulu avtomobillərə yüklənmiş hərbi texnika maskalanmış olsa da peyk vasitəsilə müşahidə olunub.Onun sözlərinə görə, artıq İsrailin "Mossad" və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində bununla bağlı məlumat var: “Dünən gecə ABŞ Milli Təhlükəsizlik Agentliyi hərbi texnikanın köçürülməsini tam dəqiqliyi ilə müşahidə edib və peyk vasitəsilə videolentə alıb. Yaxın 2 gün ərzində isə Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər istiqamətindəki mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək. Çox güman ki, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə başlanacağı təqdirdə, Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya ediləcək”.Gülməmmədov bildirib ki, iki gün öncə isə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 3 generalı Xankəndiyə ezam olunub: “Bu məlumat artıq İrəvanda söz-söhbətə belə səbəb olub. Həmçinin, artıq Ermənistan televiziyaları bir həftədir ki, mütəmadi olaraq silahli qüvvələr barədə reportajlar hazırlayır və "Favorit" tipli HHM raketlərini reklam edirlər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol